یئنی یازیلار / YENİ YAZILAR

Kompleksliklər (11)

Yazını bu əlifbada oxuyun: تۆرکجه

Kompleksliklər (11)

Kompleksliklər (11)

«azarkeş» yuxsa «baz»

 

(Kompleksliklər 8, 9, və 10-da Fransız və Ərəbcə’dən gətiril­miş qaydalar əsasında dilimizdə tapılmış qayda gərgin­lik­lərindən danışıldı. İndisə, anayın bir kümplekslikdən danışı­lacaqdır!)

 

Bakı’da , Elmlər Akademıyası’nin bilicilərindən «azarkeş» kimi anayın bir istilahın yaranmasınin dəlilini soruşdüum. Onlar bu sözü belə ıç elədilər: [Rus dilində «sevmək» birisi­nin birisindən ötrü (sevdigi üçün) əzab çəkməsi demək dir. bu üzdən, Azərbaycan’da «azarkeş» istilahı bir timin, bir aktiyorun tərəfdarlayna deyilər.]

 

Deməli , «azarkeş» istilahı aşağı prosesdən bara gəlibdir:

anlam gözə-qaynağı: Rus dili

sözcükləri: Fars dilindən

işlənməsi: Türk dilində

 

azarkeş!

(«bir timin/bir artistin sevəni, tərəfdar» anlamında!)

 

Buna «atasız-anasızlıq» deyərlər!

Ruslar pozunu verə bilərlər,

Farslar lağa quya bilərlər,

Türklər də canlarını qısıb səslərini çıxartmazlar!

Beləlik’lə də, dil, kreollanma bir yolda öz dəyərlərindən arınar!

Keçmişlərdə Teharn’da, «Şəhr-eQesse» (Nağıllar Şəhəri) adında bir tamaşa oynamışdılar. O tamaşada bir fil tapılır. Oradakılar belə düşünürlər ki, bu heyvanın artıq olan əzaları var dir. Ona görə, xortumunu kəsib başqa yerinə yapışdır­dılar. Sonra isə, uzun olan dişlərini kəsib başına yapışdırıb biləsinə buynuz etdilər, baş-bədəninə boya yaxdılar.

Sonra, heçbir heyvana bənzəməz bu mövcudun adında qaldı­lar (axı daha fil ola bilməzdi!) Axırda, adını «Mənuçehr» quydular!

 

İndı, bizlər də, heçbir qayda ilə cür gəlməyən sözcüklər qondarıb «ədəbi dil» bara gətirib axırda adını Azərbaycanca qüyürüq!

 

baz!

Türkcə’də bırzadı qatıcasına sevib ona alışan birisinə «baz» deyərlər!

Baz sözcügü 2 furmada işlək dir:

  1. 1. qatmar (yapışıq) qürülüş kimi:

oıvnbaz

qızbaz

quşbaz

(bu furmada azca mənfilik anlamı var dir!)

 

  1. 2. qatmaz (ayrı) qürülüş kimi: [baz olmaq]

O oğlan bir qıza baz olubdur.

Sən də ki kitaba bazsan!

Adam heçzada çox baz olmaya yaxşı dir! Ancaq çoxları Traxtor’a (Adlım futbol timi/komandası), Traxtorun oyunla­rına baxmağa baz dırlar! Mən də elə bıraz bucür zadlara bazam!

 

O oğlan deyir: biz hamımız Traxtor timinin «bazları»yıq!

 

Göründügü kimi:

baz, baz olmaq, bazlıq

dilimizdə hətta İngliscə’dəki fan sözündən çox çox güclü bu anlamı, bu hissi yetirir. bu sözcügü, eləcə də daşıdığı bu anlamı, öz əlimiz’lə aradan aparmamış qoruyub saxlayaq! (dılmac 34, Əsatır Yunani və . . . kitablarında «oyun» və «bazi» sözləri izah olunublar. Farsca’dakı son şəkilçi kimi işlənən «-baz» da açıqlanıbdır ki qaynağı Farsca deyil [bu izah, yalnız quşqulanan dostlar üçün deyilir!]

 

Nasır Mənzuri

یازار / YAZAR: ayhan

بو یازینی دا اوخویون/ BU YAZINIDA OXUYUN

komplekslik-14-yeniqapi-latin

Kompleksliklər (14)

Yazını bu əlifbada oxuyun: تۆرکجه Kompleksliklər (14) «yormaq» və «yozmaq»   Türkiyə’də «yormaq» ama Azərbaycan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


فلزیاب