یئنی یازیلار / YENİ YAZILAR

Kompleksliklər (14)

Yazını bu əlifbada oxuyun: تۆرکجه

Kompleksliklər (14)

Kompleksliklər (14)

«yormaq» və «yozmaq»

 

Türkiyə’də «yormaq» ama Azərbaycan Cümhuriyəti’ndə

«yozmaq» işlənir!

 

Bunların ikisi də düz dirlər. «yormaq» tə`bir etmək demək

dir «yozmaq» ancaq cayğın yormaq dır.

 

yurmaq: təbir və təfsir etmək

yuxunu yorarlar.

 

Örnək cümlələr:

Sən mənim yuxularımı gözəl yorursan!

O adamın bu günlərdəki işini sən nəyə yurursan?

 

yozmaq: niyyəli, meyləmli tə`bir və təfsir etmək

 

Örnək cümlə:

Sən yuxunu yormaq yerinə yozursan!

 

«yozmaq» gözəsindən «yozdurmaq» feli də törənibdir.

yozdurmaq: birini öz məsirindən, öz fikrinin yolundan

caydırmaq

 

Örnək cümlələr:

Öz yolumu gedirdim ancaq sən məni yozdurdun!

Danışıq şivəmiz öz yer-yatağında idı ancaq siz öz

yozumlarınızla bizləri yozdurdunuz!

 

Nasır Mənzuri

یازار / YAZAR: ayhan

بو یازینی دا اوخویون/ BU YAZINIDA OXUYUN

komplekslikler-13-danismadida-qulaq-asmadida-la-yeniqapi

Kompleksliklər (13)

Yazını bu əlifbada oxuyun: تۆرکجه Kompleksliklər (13) Birinci örnək (mənfi quruluş) : Nə danışdı nə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


فلزیاب