یئنی یازیلار / YENİ YAZILAR
آنا صفحه / ANA SƏHİFƏ / Dil Qazanış-Öyrənişi / Dildə Deyərlikdən Edərligə (2)

Dildə Deyərlikdən Edərligə (2)

Yazını bu əlifbada oxuyun: تۆرکجه

Dildə Etginlik (2)

Dildə Deyərlikdən Edərligə (2)

etginlik: functionality

 

Dilin gəlişməsində, etginlik çox özəl bir proses sayıla bilər.

Demək, bu prosesdə, dil «nə demək» pilləsindən «nə etmək»

pilləsinə qalxır! Beləlik’lə də, öz etginligindən yetginlənir!

 

Birinci dərsliyin tapşırığının cavablarını aşağıdakı kimi oxu­yu­ruq:

 

Qız: mən’nən dostum təzəlikdə bu damdaşa gəlmişik.

Apartman 3F-dəyik.

 

(birinci pillə!)

Qız nə deyir?

  1.  Qız deyir: “mən’nən dostum təzəlikdə bu damdaşa gəlmişik. Apartman 3F-dəyik.”
  2.  “Mən’nən dostum,” deyir qız, “təzəlikdə bu damdaşa gəlmişik. Apartman 3F-dəyik.”

 

(ikinci pillə!)

Qız nə edir?

  1.   Qız, dostu’yla bir, təzəlikdə o damdaşa gəldiklərini oğlana söyləyir. Sonra, apartman 3F-də olduqlarını bildirir.
  2.   Qız, dostu’yla bir, təzəlikdə o damdaşa gəldiklərini oğlana söyləyərək apartman 3F-də olduqlarını bildirir.

 

İkinci pillədə əldə olunan etginlik fellər:

1.      [söyləmək] . . . oğlana söyləyir/söylüyür.

2.      [bildirmək] . . . olduqlarını bildirir.

 

(üçüncü pillə!)

Sizcə, belə demək’lə qızın sözlərində nə kimi bir anlam

var dır? (Onun nə etdiyini öz zehnimizcə yoruruq!)

 

Məncə, dostu’yla bir, təzəlikdə o damdaşa gəldiklərini,

elə­cə də, apartman 3F-də olduqlarını oğlana söyləmək’lə,

qız, qonşuluqda sayğılı bir ilgi yaratmağa çalışır.

 

Üçüncü pillədə əldə olunan quruluş parçalarına baxaq:

1. məncə, (Bu pillədə deyilən, fakt olan bir mət­ləb

deyil. Ona görə də, belə bir qürülüşün gəl­mə­si lazım dir!)

2. dostuyla bir, təzəlikdə o damdaşa

gəldikləri­ni, eləcə də, apartman 3F-də olduqlarını,

3. oğlana söyləmək’lə,

4. qız, qonşuluqda sayğılı bir ilgi yaratmağa

çalışır. (əsas etgin fel ancaq bizim nəzərimiz­cə)

 

Gələcəkdə, daha da bu quruluşlar’la tanış olacağıq !

 

sonuc:

Pillə 1-də, deyilməkdən yaranan quruluşları gördük!

Pillə 2-də, edilməkdən yaranan quruluşları gördük!

Pillə 3-də, öz yorumumuzdan törənmiş quruluş parçaları­nı

buruşuqlu bir quruluş sisteminə düzə bildik!

 

tapşırıq!

İndisə, siz üstədki örnəyi nəzərə aldıqda, aşağıdakı

danışığı üç pillədə yazın:

 

oğlan: Xoş gəlmisiz!

(birinci pillə!)

Oğlan nə deyir?

  1.  ………….. (siz yazın!)
  2. ………….. (siz yazın!)

 

(ikinci pillə!)

Oğlan nə edir?

  1. 1. ………….. (siz yazın!)
  2. ………….. (siz yazın!)

 

 

(üçüncü pillə!)

Oğlan nə edir?

(Bu tapşırığın cümləsində yorumlama üçün bırzad yox dır!

Ona görə, üçüncü pillə işlənməli deyil!)

یازار / YAZAR: ayhan

بو یازینی دا اوخویون/ BU YAZINIDA OXUYUN

DildeEtginlik-yeniqapi

Dildə Deyərlikdən Edərligə (1)

Yazını bu əlifbada oxuyun: تۆرکجه Dildə Deyərlikdən Edərligə (1) etginlik: functionality   Dilin gəlişməsində, etginlik …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


فلزیاب