یئنی یازیلار / YENİ YAZILAR

Kompleksliklər (13)

Yazını bu əlifbada oxuyun: تۆرکجه

Kompleksliklər (13)

Kompleksliklər (13)

Birinci örnək (mənfi quruluş) :

Nə danışdı nə qulaq asdı!
(Danışmadı da qulaq asmadı da!)

(İndiyəcən başqa dillərdən [Fransızdan, Ərəbcədən, Ruscadan . . . ] dilimizə alınmış neçə kompleksliklərdən danışıldı. İndisə, Fars ülgüsündən alınmış bir kompleksliyə toxanırıq.)

Başlıqdakı cümləyə baxdıqda, onun baş-bütöv Fars qaydasından alınmasına heçbir şübhə qalmır. Hamılığa bildiyimiz kimi, Türkcədə, «nə» sözcüyü «nəfy» və «mənfilik» anlamı daşımır! (Əslində, bu sözcükdə «vücud» və «isbat» anlamı var dır. Hətta , Yunancada da «nə» sözcüyü «bəli» anlamında dır ancaq müəyyən nədənlərdən asılı başqa Hind-avrupa dillərdə «nəfy» anlamında ışlənir!)

«Nə» sözcüyünün Türkcədə əsil anlamı’la yanaşı beləcə «nəfy» anlamında işlənməsi, bu sözcüyə ikili bir anlam yükləmək, eləcə də, dilimizdəki saysız kompleksliklərə birini də artırmaq demək dir. Ona görə də, dilimizin əsil qaydasında olan quruluş işlənməli dir:

Danışmadı da qulaq asmadı da!

daha bir cümlə:

Nə almanı nə heyuanı, heç birisini yemirəm!

Belə olmalı dir:

Heç birisini yemirəm, almanı da heyvanı da!

ikinci örnək (müsbət quruluş):

Həm danışdı həm qulaq asdı!
(Danışdı da qulaq asdı da!)

Mənfi örnəkdə deyilən kimi yuxarıdakı müsbət örnək də dilimizə komplekslik artıra bilər. Ona görə də, dilimizin əsil qaydasında olan quruluş işlənməli dir:

Danışdı da qulaq asdı da!

یازار / YAZAR: ayhan

بو یازینی دا اوخویون/ BU YAZINIDA OXUYUN

komplekslik-14-yeniqapi-latin

Kompleksliklər (14)

Yazını bu əlifbada oxuyun: تۆرکجه Kompleksliklər (14) «yormaq» və «yozmaq»   Türkiyə’də «yormaq» ama Azərbaycan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


فلزیاب