Yazını bu əlifbada oxuyun: تۆرکجه
Kompleksliklər (10)
Türkcə’də Zaman Gərginliyi
(Kompleksliklər 8-də, Fransız dilinin qaydalarından Türkcə’də tapılmış bir gərginlik açıqlandı. Sonra kümpleks-liklər 9-da, Ərəbcə’dən gətirilmiş bir gərginlik yuxlandı! İndisə burada, birdaha Fransız dilindən tapılmış bir gərginlik açıqlanır!)
Aşağıdakı örnək ən bəsit sayılan bir misal dir [Türkiyə istandardında]:
Bu kitabı oxumadım! (Bu kitabı okumadım!)
(«Mən bu kitabı oxumamışam!» anlamında!)
Sən İstanbul’a getdin? (Sen İstanbul’a gittin?)
(«Sən İstanbul’a gedibsən? getmisən? getmişsən?» anlamın-da!)
sual:
Nə üçün «oxumamışam» yerinə «oxumadım»
və
«getdibsən» yerinə «getdin» işlənir?
Beləcə, iki halət-zamanı bir quruluşa tuplamaq gərginliyi türkcə’də yox dir. Bunlar həmişə ayırdcasına işlənər. Ama beləbir gərginliyin dilimizdə tapılmasınin əsil nədəni bu qaydanın Fransız dilindən alındığı üzdən dir.
Fransız dilində aşağıdakı fərqli olan cümlələr bir qürülüş formasında işlənir:
Mən bu kitabı oxumadım! Je n’ai pas lu ce livre!
Mən bu kitabı oxumamışam! Je n’ai pas lu ce livre!
Vəya:
Sən İstanbul’a getdin? Vous êtes allé à Istanbul?
Sən İstanbul’a gedibsn? Vous êtes allé à Istanbul?
Göründüyü kimi, bu iki halət və zaman Fransız dilində bir quruluşda tuplanır.
Yalnız təəssüflənməli dir !