Yazını bu əlifbada oxuyun: تۆرکجه
Kompleksliklər (16)
Ora getmədən öncə (düzgün quruluş)
Dayanmadan getdilər (yanlış quruluş)
Bu quruluşların ikisi də Türkiyə`də işlək dir. Birincisi düzgün, ikincisi ancaq yanlış dir.
Sual: Bu yanlışlıq haradan tapılıbdır?
Cavab: Bu yanlışlıq fellərin məsdərini tanımamazlıqdan tapılıbdır!
Sözün məzəli yeri burasında dır ki bizim aydınlarımız düzgün quruluşu azaraq işlətdikdə ama yanlış quruluşu bullucasına qullanırlar.
Siz də, yəqin, sağdan soldan işlənən bu quruluş tərkiblərini hərgün zıyalılarımızın dilindən eşidirsiniz:
Dayanmadan getdik.
(“Getdikdə heçbir yerdə dayanmadıq.” mənasında)
İstəmədən eşitdim.
(“İstəmirdim ancaq eşitdim.” mənasında)
Deyilməli dir: üstə verilən örnək cümlələrdəki fel quruluşunda gələn tərkib belə dir:
dayanmadan = dayanma + dan
istəmədən = istəmə + dən
göründgü kimi:
«dayanma» və «istəmə» məsdər ismi dirlər.
«-dan» və «-dən» [İngliscə: of, from, than mənasında olan ək dir]
Ama, birinci başlıq quruluşda _düzgün quruluş olduğu üçün_ düzgün məna daşınır:
getmədən öncə: (getməkdən qabaq)
Bu yanlış quruluşun nədənini başa düşməzligimiz ancaq və ancaq dilimizin fel məsdərlərini tanımazlığımızdan dır. Ona görə, aşağıda neçə örnək verilir:
ösgürmək [məsdər]
ösgürmə [məsdər isim]
darıxmaq [məsdər]
darıxma [məsdər isim]
qızdırmaq [məsdər]
qızdırma [məsdər isim]
asqırmaq [məsdər]
asqırma [məsdər isim]
İndisə, bu məsdər isimlərinə son ək (son şəkilçi) yapışdırırıq:
ösgürmək (-ə) = ösgürməgə
ösgürmə (-ə) = ösgürməyə
(Bu şərbət ösgürmə şərbti dir, ösgüməyə yaxşıdır. )
ösgürmək (-i) = ösgürməgi
ösgürmə (-i ) = ösgürməni/ösgürməyi/ösgürməsi
(Bu şərbət ösgürməni kəsər. Onun ösgürməsini də kəsər!)
ösgürmək (-də) = ösgürmkdə
ösgürmə (-də) = ösgürmədə
(Ösgürmədəki təzyiqdənsə riyələrin xıltı arınır.)
ösgürmək (-dən) = ösgürməkdən
ösgürmə (-dən) = ösgürmədən
(Gecələr ösgürmədən pis birzad yox dır.)
misallar:
Darıxmadan parka çıxdım.
(Darıxma əlindən parka çıxdım.)
Asqırmadan evdən çıxmadım.
(Asqırma gəldi. Ona görə evdən çıxmadım.)
Gecələr ösgürmədən yata bilmirəm.
(Gecələr ösgürmə əlindən yata bilmirəm.)
Nöktə!
Üstəki son əklər (son şəkilşilər) isim və sifətə yapışa bilərlər
sərf olunan felə yapışa bilməzlər! Ona görə, üstlərdə verilən misallar mənfi anlamda belə olmalı dırlar:
Dayanmazdan getdik!
İstəməzdən eşitdim.
[“dayanmaz”, “istəməz” burada sifət dirlər.]
(sifət + -dan = zərf)
Belə olar ki, bir dildə, aşağıdakı kimi, komplekslik yaranıb dilin bala bala nəfsini bağlayar (təzə yola düşmüş bu yanlış məna kimi) :
Darıxmadan parka çıxdım:
(Darıxmamazlıqdan parka çıxdım.)
yuxsa
(Darıxdığımdan parka çıxdım.)
Bildigimiz kimi, belə bir quruluş xalqın dilində yox dır.
Bunun yerinə belə deyilərdi:
Darıxmamış parka çıxmaram.
Darıxmazdan parka çıxmaram.
Filankəs saymazdan gəlir gedir.
Dilimiz bu kompleksliklərdən gərgin hala düşür!
Xalqımız öz dilini minlər il dir qoruyubdur; ancaq bu uzun sürədə belə kompleksliklər arada yox idı. İndi, ama, bu kompleksliklər sağdan soldan tapılırlar. Ona görə də, ancaq, Tanrı`nın özü dilimizi gözüyumulu təqlidlərdən bara gəlmiş bu kompleksliklərin zavalından qorusun, yoxsa ziyalı qardaş təqlid əsasında arıstokratik bir məşqə düşərsə qabağını heç fələk də ala bilməz.