یئنی یازیلار / YENİ YAZILAR
آنا صفحه / ANA SƏHİFƏ / Dil Qazanış-Öyrənişi / Dildə Deyərlikdən Edərligə (4)

Dildə Deyərlikdən Edərligə (4)

Yazını bu əlifbada oxuyun: تۆرکجه

Dildə Deyərlikdən Edərligə (4)

Dildə Deyərlikdən Edərligə (4)

danışığın davamı:

Qız: Üz salmaqdan acığım gələr, ancaq sizin süpürgəz var mı?

 

(birinci pillə!)

Qız nə deyir?

  1. Qız oğlana deyir: “Üz salmaqdan acığım gələr, ancaq sizin süpürgəz var mı?”
  2. “Üz salmaqdan acığım gələr, ancaq sizin süpürgəz var mı?” deyir qız.

 

 

(ikinci pillə!)

Qız nə edir?

  1. Qız, birisinə üz salmaqdan acığı gəldiyini oğlana söyləyir/söylüyür. Ancaq, sonra, ondan süpürgələri varsa almaq istəyir/istiyir.
  2. Qız, birisinə üz salmaqdan acığı gəldiyini oğlana söylədikdən sonra ancaq oğlana üz salaraq, ondan süpürgələri varsa almaq istəyir/istiyir.

 

 

(üçüncü pillə!)

Sizcə, belə demək`lə qızın sözlərində ki kimi bir bir anlam var dır? (Onun nə etdiyini öz zehnimizcə yoruruq!)

 

  1. Məncə, süpürgələrini borc almaq üçün oğlana üz salmaqdan öncə ancaq beləcə üz salmalardan acığı gəldiyini söylədikdə, qız öz karakterinin məhcubluğunu və gərgin bir durumda qalmasını açıqlamaq istəyir/ istiyir.

Qurulşların məfhum etginliyi:

1. Məncə, [əqidə dönüş]

2. süpürgələrini borc almaq üçün oğlana üz salmaq­dan öncə [vəziyət, durum]

3. ancaq [kontrast]

4. beləcə üz salmalardan acığı gəldiyini söylədikdə, [vəziyət, durum]

5. qız öz karakterinin məhcubluğunu və gərgin bir durumda qalmasını açıqlamaq istəyir/istiyir. [əsil, edicilik quruluş]

 

  1. Məncə, süpürgələrini borc almaq üçün oğlana üz salmaqdan öncə ancaq beləcə üz salmalardan acığı gəldiyini söyləmək`lə, qız, oğlana indiki üz salmasının gərəkli bir haldan asılı oldusunu bildirmək istəyir/ istiyir.

Qurulşların məfhum etginliyi:

1. Məncə, [əqidə dönüş]

2. süpürgələrini borc almaq üçün oğlana üz salmaq­dan öncə [vəziyət, durum]

3. ancaq [kontrast]

4. beləcə üz salmalardan acığı gəldiyini söyləmək`­lə, [vəziyət, durum]

5. qız, oğlana indiki üz salmasının gərəkli bir haldan asılı oldusunu bildirmək istəyir/ istiyir. [əsil, edicilik quruluş]

 

ikinci və ücüncü pillələrdə əldə olunan “edırlik fellər”:

1. söyləmək

2. üz salmaq

3. istəmək

4. birdirmək

 

Sonuc:

Pillə 1-də, deyilməkdən yaranan quruluşları gördük!

Pillə 2-də, edilməkdən yaranan quruluşları gördük!

Pillə 3-də, öz yorumumuzdan törənmiş quruluş parçaları­nı buruşuqlu bir quruluş sisteminə düzə bildik! İkinci pillə sayağında, edilməkdən yaranan quruluşları gördük.

 

gələcək tapşırıq!

(Aşağıdakı danışığı siz işləyin!)

Oğlan: Süpürgə? Bəli ki, süpürgəmiz var. Tam, süpürgəmiz harda?

(Dostunun adı “Tam” dır.)

 

(birinci pillə!)

Oğlan nə deyir?

  1. . . . . ( siz yazın ! )
  2. . . . . ( siz yazın ! )

 

 

(ikinci pillə!)

Oğlan nə edir?

  1. . . . . ( siz yazın ! )
  2. . . . . ( siz yazın ! )

 

 

(üçüncü pillə!)

Sizcə, belə demək`lə oğlanın sözlərində nə kimi bir anlam var dır? (onun nə etdigini öz zehnimizcə yoruruq!)

 

 

tapşırığın ikinci istəyi:

Üstə ələgəlmiş edərlik fellərini aşağıda yazın!

 

 

 

 

Nasır Mənzuri

یازار / YAZAR: ayhan

بو یازینی دا اوخویون/ BU YAZINIDA OXUYUN

DildeEtginlik-yeniqapi

Dildə Deyərlikdən Edərligə (1)

Yazını bu əlifbada oxuyun: تۆرکجه Dildə Deyərlikdən Edərligə (1) etginlik: functionality   Dilin gəlişməsində, etginlik …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


فلزیاب