یئنی یازیلار / YENİ YAZILAR

Komplekslikllər (8)

Yazını bu əlifbada oxuyun: تۆرکجه

Komplekslikllər (8)

Komplekslikllər (8)

Kaybetmek (qayib etmək)

 

Bir dilə, özgə dillərinin qaydaları yüklənərsə o dil gərgin bir durumda qala bilə; aşağıdakı misalı birlikdə oxuyaq:

 

İngiliscə’nin “lose” feli, Türkcə’də üç fərqli olan fellərə çevrilir:

  1. Lose: itirmək
  2. Lose: əldən vemək
  3. Lose: uduzmaq

 

Fransız dilində də “perdre” feli belə dir!

 

Deməli:

İngilis dilində:

 

Birisi pulu “lose” edər! (He lost the money!)

Birisi atasını “lose” edər! (He lost his father!)

Birisi oyunu “lose” edər! (He lost the game!)

 

Fransız dilində:

 

Birisi pulu “perdre” edər! (Il a perdu l’argent!)

Birisi atasını “perdre” edər! (Il a perdu son pere!)

Birisi oyunu “perdre” edər! (Il a perdu le match!)

 

Türkiyə’də də, eyni kimi, bu dillərin qaydalarına əsaslanaraq, Türkcə’dəki qayda qırağa qoyulduqda, üç dənə cəvahir kimi fel dildən qovulubdur. Beləki, aşağıdakı misallarda, Fransızca’dan, İngiliscə’dən alınmış qayda yolu ilə, Ərəbcə’dən gəlmiş “qayeb” sözcüyü işlənir:

 

Birisi pulu “qayeb” edər! (O parayı kaybetti!)

Birisi atasını “qayeb” edər! (O babasını kaybetti!)

Birisi oyunu “qayeb” edər! (O oyunu kaybetti!)

 

Ancaq, Türkcə’də:

 

Birisi pulu “qayeb” etməz! Bəlkə itirər!

(O pulu itirdi!)

 

Birisi atasını “qayeb” etməz! Bəlkə əldən verər!

(O atasını əldən verdi!)

 

Birisi oyunu “qayeb” etməz! Bəlkə uduzar!

(O oyunu uduzdu!)

 

Belə bir davranış, dilin kreollanma prosesini görsədir. Farsca’nın Tehran şivəsi kimi, özünü heçbir folklora bağlı sanmır . . .

Unudmayaq ki, dili içəriədn buşaldan ancaq beləcə komp­leksliklər dir!

Nasır Mənzuri

یازار / YAZAR: ayhan

بو یازینی دا اوخویون/ BU YAZINIDA OXUYUN

komplekslik-14-yeniqapi-latin

Kompleksliklər (14)

Yazını bu əlifbada oxuyun: تۆرکجه Kompleksliklər (14) «yormaq» və «yozmaq»   Türkiyə’də «yormaq» ama Azərbaycan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


فلزیاب