Yazını bu əlifbada oxuyun: تۆرکجه
Türkcə`də İsnad Felinin Ziyalilar-ara Gərginligi
(Kompleksliklər 8-də, Fransız dilinin qaydalarından Türkcə’də tapılmış bir gərginligi açıqladıq. İndisə, Ərəbcə’dən gətirilmiş başqa bir gərginligə baxırıq!)
Aşağıdakı örnək ən bəsit sayılan bir misal dır [Türkiyə standardında]:
Bu kitab!
Bu bir kitab!
Göründüyü kimi, bu cümlələrdə, isnad feli yox dır.
Beləcə qabarıq bir formada, isnad felinin silinməsinin gözəsi ancaq Ərəbcə’ni əsas sanmaqdan dır.
Aşağıdakı Ərəbcə’nin cümlələrinə diqqət edək:
(هذا کتاب!) [Hadha kitab!]
(هذا کتابٌ!) [Hadha kitabün!]
“hadha”-nın mənası isə “bu” dır. (Ancaq, iki hecalı olduğuna görə, əslində, kompleks məna daşıdığı eltimal bəhs olunmalı dır. Ona görə də, yalnız zahirdə, onda isnadilik yox dır.)
Bu cümlələr dilimizin doğal qaydasında belə olmalı dır:
Bu kitab dır!
Bu bir kitab dır!
Söz burasında dır ki, Ərəbcə’yə əsaslanaraq dilimizin isnad feli gərgin bir durumda qalıbdır.
Gələcəkdə, daha da isnad felinin gərginliklərə salındısından danışılacaqdır.