Yazını bu əlifbada oxuyun: تۆرکجه
Nəsildən Nəsilə Korlanan Dil Səzirgisi / Nasır Mənzuri
Əzizimiz alanda əlinə qələmi, dünyanın buludları, dağ-dərələri, ağacı, göy-göyərtisi, sevgisi . . . elə lap göz.görəsi bircə bircə çevrilir kvadrat olur, düzbucaq olur, üçbucaq olur, . . . Ay balam, belə niyyə?
* * *
Yüz il qabaq, hansı uzaq bir kəndin ucqarlarında savadsız böyük ata-ana görmüş olsaydız indi yaxşı bilirdiz; onların başları öz əkinçilik iş-gücündə ikən _aman Allah_ ancaq danışdıqda, [illah ki hava ayaz da olsaydı], səsləri gürüldərdi! Deyərdin bəs, dili də, dildən törənən di-ağızı da, elə bunlar özləri yaratdıqda, eləcə də, _Allah quvat versin!_ həran becərdirlər.
Dil demə; onlara varlığın lap özü, varlığın gözəsi de! Yeyirdilər içirdilər; kəsirdilər biçirdilər. Çaqqaçuqqunan can atıb yaşayırdılar, ancaq sözlərində, bu nədir mehin sərinliyi, bu nədir dağın zalim şaxtası, bu nədir ağızda əriyən əriyin dadı . . . hamısı canlardan, ağızlardan canlanıb ancaq sözlərə də süzürdü. Hər birzadın öz səzirgisi dilə damırdı. Bax , elə idi ki , duzـçörk yeyiləndə, duz, dilin özündə də, dilin sözündə də, elə, duz dadı verirdi, çörk də çörk dadı. Birisi, bu dadalma qaydalarını, bu səzirgiləri düz öz yol-yolacağında işlətməsəydi hamı tez başa düşrədi!
* * *
Əlli il sonra, bala bala şəhər havası dülür kəndə. Mırasa qalmış bu havanı, “tüstü”mu deyim yuxsa “çən”mi deyim, “duman”mı deyim, nə deyim; gözlliyi də var idı çirkinliyi də! Bala bala, gənclərin dilinə _bıraz bu yan bıraz o yan_ uyarـ uymaz sözlər qarışır. Balalar danışarkən ləhnlərinə tərəddülü bir qorxu hisi artır. Belə bax! Dilin iliyinə bala bala qorxu cumur. Gəl indi ki, canlarına qorxulu bir üşənmək dulan cavanlar başlayırlar dilə ikiـüzlülük gətirirlər. Bu dövrün nəsili, nə bu yanlıq nə o yanlıq , keçit bir dövrün adamları kimi, dilə tərəddüd artırırlar, öz huyuxmalarını qatırlar dilə.
* * *
Yüz il sonra , nəvələr savadlı dırlar, onlar qrammtika bilirlər; ancaq, demək olar, onların dil səzirgiləri korlanıbdır. Onlar dili çoxlu konvensiyonal bir şey başa düşürlər. Bunların beyin-zeyinlərində neçə dil oynayır; heç birisi də üstün deyil. Bunlar buludun formasını kvadrat.dördbucaq kimi başa düşürlər. Ağacı dıcıtalcasına anlayırlar. Dil də şərti birzad dır (bu yanlıq da yox o yanlıq da yox! Ap.avara bırzad!)
Bunların dil-düşüncü gərgin bir durumda dır (Urmu gölünün quruması kimi, meşələrin korlanması kimi, su qıtlığı kimi, atmosferdəki ozon qatının yırtılması kimi . . .)
* * *
İndilikdə, deməli, yaratdığımız bir huyuxduـkırıxdı’nı dilə doldururuq; dil səzirgisini tanımırıq. O dır ki, beyin-zeyinimiz dilə ərkin yanaşa bilmir bəlkə şərti bir havaya dadanır, narkoman kimi!
Dilin səzirgisi öz şəstli vüqarını saxlamaq’la yanaşı dilin elmi qayda-qanunları da qorunmalı idı. Ancaq, öz aramız dır , bizim şərtiləşmiş beyin-zeyinlərimiz dil səzirgisini bir anlam sistemi kimi, bir bilgi sistemi kimi başa düşənmir.
Başlamışıq (qolumuza çöpdən dirk!) 300 dənə sözcük’lə öz dilimizdə, 500 dənə ilə də Fars dilində, Allaə qoysa, roman yazırıq! (hələ, üstəlik, 150 kəlmə də İngilizcədə bilirik!)
Urmu gölünün durnaları gedən sayaqda anlamımızdan bizim ərkınlik də gedir , bax . . .