Yazını bu əlifbada oxuyun: تۆرکجه

Dilimizdə törədilmiş kompleksliklər (Məfhum gərginliyi)
Dilimiz böyük bir dil dir. Bu dili minlər il dir xalq qoruyub , becərdərək bu boya çatdırıb dır ; ancaq bövürdən çıxan kompleksliklər bu dili gərgin bir hala salmaqda dir.Aşağıdakı , bunların biri dir. (Bu məfhum kompleks liyini ziyalılar təzəcə dilə yükləyiblər ):
Aşağıdakını bir kişi deyir:
[Mən 1970-də doğdum!]
Baxın,bu cümlə də işlənmiş feldə («Doğmaq» felində) komplekslik var dir.
«Doğmaq» dişi və arvad işi dir!
«Doğmaq»kişi və erkək işi deyil!
Diliməzdə beləcə gərginlik gətirn fel anlamındakı komplekslik oradan yaranır ki,«Doğmaq»felini lazim bir fel anlayırlar.Bu gərginlikdən çıxmaq üçün, aşağıdakı iki nöktə nəzərə alınmalı dir:
1.«Doğmaq»feli yalnız və yalnız«Günəş» və «Ay»ـda lazim fel kimi işlənə bilər.(yanı yalnız «Günş» və «Ay» özü doğar!)
2.«Doğmaq» feli insan və başqa canlılarda mütəəddi bir fel dir!(yanı,dişi bir mövcud bir balanı doğar[Mütəəddi və Məlum bir fel kimi]! bala da dişi bir anadan doğular [Mütəəddi və Məchul bir fel kimi]
Nasir Mənzuri
يئني قاپی ديل-دوشونج
تۆرکجه